AZ
  EN
 
 
 
NƏŞRLƏR
 
 
DONORLAR VƏ ƏMƏKDAŞLAR
 
 
STATISTIKA

Xəbərlər və pres relizlər

Dövlət Proqramının Monitorinqi Layihəsi başlandı
 
YOXSULLUĞUN AZALDILMASI ÜZRƏ DÖVLƏT PROQRAMINDAKI ƏHALININ SOSIAL MÜDAFIƏSI ILƏ BAĞLI TƏDBIRLƏRIN ALTERNATIV MONITORINQI Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli 3043 saylı sərəncamı ilə təstiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın bir sıra bölmələri, o cümlədən 5.2. (Əhalinin sosial Müdafiəsi) və 5.3. (Qaçqınlar və məcburi köçkünlər ) bölmələri üzrə fəaliyyətlərin əsas hisəslərinin icrası 2008-2010 illəri əhatə edir.Proqramın icrasının təmin edilməsi üçün qəbul edilmiş Tədbirlər Planı da 2008-2010-cu illəri əhatə edir. Bu bölmələdə nəzərdə tutulan prioritet istiqamətlərin həyata keçirilməsi yoxsulluğun azaldılması və davamlı inkişafı təmn edəcək əsas göstəricilərdəndir. Eyni zamanda bu istiqamətdə nəzərdə tutulan fəaliyyətlər dvlət büdcəsindən və büdcədənkənar fondlardan (məsələn Dövlət Neft Fondundan) külli miqdarda vəsait ayırmaları ilə müşayət olunacaqdır. Dövlət Proqramının və Tədbirlər Planının həyata keçirilməsində vətəndaş cəmiyyətinin iştirakı nəzərdə tutulur. Vətəndaş cəmiyyətinin əsas missiyası dövlət proqramının həyata keçirilməsində ictimai nəzarəti təmin etmək və bununla da proqramın effektv həyata keçməsi işində dövlətə yardım etməkdir. Bunları nəzərə alaraq Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, “Konstitusiya” Araşdırmalar Fondu, Avrasiya Hüquqşünaslar Assosiasiyası, Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Azərbaycan Gənc Hüquqşünaslar Birliyi, Korrupsiyaya qarşı mübarizə aparan təşkilatların məlumat və əməkdaşlıq Şəbəkəsindən barət QHT Koalisiyası (Dövlət Proqramlarının Monitorinqi üzrə QHT Koalisiyası) Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliynin (USAID) vəsaiti ilə Counterpart International təşkilatının maliyyələşdirdiyi “Yoxsulluğun azaldılması üzrə Dövlət Proqramındakı əhalinin sosial müdafiəsi ilə bağlı tədbirlərin alternativ monitorinqi”adlı layihənin icrasına başlamışdır. 11 ay ərzində və 4 mərəhələdə həyata keçiriləcək layihə çərçivəsində Dövlət Proqramında və Proqramın icrası üzrə Tədbirlər Planında (2008-2010-cu illər üzrə) əhalinin sosial təminatı və qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönələn tədbirlərin monitorinqi keçiriləcək və yekun monitorinq hesabatı və tösiyyələr hazırlanacaqdır. Layihənin icrasına 01 oktyabr 2009-cu il tarixindən başlanılmışdır. İlk iki ay ərzində hazırlıq işləri həyata keçirilmişdir. Sonrakı dövrdə aşağıdakı fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır: i) Dövlət Proqramının 5.2. bəndində nəzərdə tutulan proqramın və həmin proqramın icrası üçün nəzərdə tutulan Tədbirlər Planının 2.2. bəndində nəzərdə tutulan tədbirlərin monitorinqi. Bu bu fəaliyyət Dövlət Proqramının icrası üzrə Tədbirlər Planının 2.2. bəndində nəzərdə tutulan təbirlərin bir hissəsini-ünvanlı dövlət sosial yardımlarının verilməsi və bununla bağlı olan proseslərin idarə olunması ilə bağlı tədbirlərin monitorinqini əhatə edəcəkdir. ii) Dövlət Proqramının 5.3. bəndində nəzərdə tutulan proqramın və həmin proqramın icrası üçün nəzərdə tutulan Tədbirlər Planının 2.3. bəndində nəzərdə tutulan tədbirlərin monitorinqi. Bu fəaliyyət Dövlət Proqramının icrası üzrə Tədbirlər Planının 2.2. bəndində nəzərdə tutulan təbirlərin bir hissəsin- Qaçqın və məcburi köçkünləri əhatə edəcəkdir. Monitorinq çərçivəsində Məcburi köçkünlərin yaşayış yeri, onların məşğulluğunun təmin oluması istiqamətində həyata keçirilən fəaliyyətləri əhatə edəcəkdir. Layihənin icrası zamanı müvafiq dövlət qurumları və maraqlı tərəflərlə əməkdaşlıq ediləcəkdir. Aşağıdakı əlaqə vasitələrindən istifadə etməklə layihə icraçılarından əlavə məlumat əldə edə bilərsiniz: Sahib Məmmədov - (99 412) 418 68 08, e-mail: sahib.mammadov@gmail.com Əliməmməd Nuriyev - (99 412) 492 57 26, e-mail: nuriyevalimammad@gmail.com Ramil İskəndərov – (99412) 4409682, email: ramil.iskandarov@gmail.com

XƏBƏRLƏR
Sosioloji sorgu
Eziz dostlar! Sorğuda iştirak edin! Cəmi 2-3 dəqiqə vaxtınızı sərf etməklə beynəlxalq münasibətlər sahəsində sualları cavablandıra bilərsiniz.
 
Mətbuat üçün məlumat
“Yoxsulluğun azaldılması üzrə Dövlət Proqramındakı əhalinin sosial müdafiəsi ilə bağlı tədbirlərin alternativ monitorinqi”adlı layihənin icrası çərçivəsində Gəncə şəhərində ekspertlərin iştirakı ilə dəyirmi masa keçirmişdir.
 
 
Ünvanlı dövlət sosial yardımı üzrə Azərbaycan Respublikası qanunvericiliyinin antikorrupsion ekspertizası
“Konstitusiya” Araşdırmalar Fondu tərəfindən ünvanlı dövlət sosial yardımı üzrə Azərbaycan Respublikası qanunvericiliyinin təhlili həyata keçirilmişdir.
 
Korrupsiyaya qarşı dövlət proqramının monitorinqinin nəticələrinə dair hesabat təqdim edildi
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası aparıcı təşkilat olmaqla Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Avrasiya Hüquqşünaslar Assosasiyası, Azərbaycan Gənc Hüquqşünaslar Birliyindən ibarət QHT Koalisiyası Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliynin vəsaiti ilə Counterpart International təşkilatı tərəfindən maliyyələşdirilən “Şəffaflığın artıtılması və Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planının Alternativ Monitrorinqi” Layihəsi çərçivəsində həyata keçirilən növbəti monitorinqin nəticələrinə dair hesabat yanvar ayının 27-də Azərbaycan Media Mərkəzində ictimaiyyət üçün açıqlandı. Hesabatla bağlı ümumi məlumatla burda tanış ola bilərsiniz: http://www.clrpl.az/view.php?lang=az&menu=24&id=106 Hesabatın tam versiyası ilə bu linke daxil olaraq tanış ola bilərsiniz: http://www.clrpl.az/upload/file/Monitoring_AZ.pdf
 
Dövlət Proqramının Monitorinqi Layihəsi başlandı
YOXSULLUĞUN AZALDILMASI ÜZRƏ DÖVLƏT PROQRAMINDAKI ƏHALININ SOSIAL MÜDAFIƏSI ILƏ BAĞLI TƏDBIRLƏRIN ALTERNATIV MONITORINQI BAŞLANDI
 
İNSAN HÜQUQLARININ BEYNƏLXALQ-HÜQUQI MÜDAFIƏSI” ADLI DƏRSLIK ÇAP OLUNMUŞDUR
Avrasiya Hüquqşünaslar Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 1500 tirajla “İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi” adlı dərslik nəşr etmişdir.
 
NATO-nun dəstəklədiyi "Diplomatiya və hüquq" jurnalı üçün məqalələr qəbul olunur. Son tarix: 7 Dekabr 2009.
NATO-nun dəstəklədiyi "Diplomatiya və hüquq" jurnalı üçün məqalələr qəbul olunur. Azərbaycan və NATO münasibətləri sahəsində məqalələrinizi ramil.iskandarov"gmail.com ünvanına 7 Dekabr 2009 tarixinidək göndərə bilərsiniz. Seçilmiş məqalələr jurnalın növbəti nömrəsində çap olunacaqdır.
 
Azərbaycan hüquqşünasları Madriddən qayıtdı
İspaniyanın paytaxtı Madrid şəhərində mərkəzi qərargahı Londonda yerləşən Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının (BHA) illik konqresi keçirilib. Konqres zamanı Azərbaycan Hüquqşünasları Konfederasiyasının BHA-ya üzv qəbul olunması məsələsi Madriddə keçirilən açıq səsverməyə qoyulub və yekdilliklə AHK-nın BHA-ya tam hüquqlu kollektiv üzv qəbul olunub.
 
AHK NÜMAYƏNDƏ HEYƏTİ MADRİDDƏ KEÇİRİLƏN BEYNƏLXALQ KONQRESDƏ İŞTİRAK EDƏCƏKLƏR
5-10 oktyabrda İspaniyanın paytaxtı Madrid şəhərində keçiriləcək BHA-nın İllik Konqresində Azərbayacan Hüquqşünasları Konfederasiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov iştirak edəcəkdir. Qeyd olunan tədbirdə Əli Hüseynovu AHK-nin Baş katibi Nadir Adilov və beynəlxalq əlaqələr üzrə katib Ramil İskəndərov müşaiyət edəcəklər.
 
XƏBƏRLƏRƏ ÜZVLÜK
 
AXTARIŞ
 
RƏY SORĞUSU
 
 
 
 
 
 
MƏTBUAT ÜÇÜN | QANUNVERİCİLİK | FORUM | İMKANLAR
 
 
 © 2006 Eurasian Lawyers Association