Azərbaycan Hüquqşünasları Konfederasiyasının Baş katibi Nadir Adilovun verdiyi məlumata görə, 2009-cu ilin mart ayında Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) mərkəzi qərargahı Londonda yerləşən Beynəlxalq Hüquqşünaslar Assosiasiyasına (BHA) kollektiv üzvlüyə qəbulla bağlı rəsmi müraciət etmişdir. BHA – nın üzvlüyə qəbul proseduruna uyğun olaraq yaxın günlərdə Fransanın paytaxtı Parisdə BHA-nın Mandat Komitəsinin üzvlərinin görüşü keçirilmişdir.
Görüşdə AHK-nın BHA-ya üzvlük məsələsi müzakirə olunmuş və müsbət nəticə olaraq qərara alınmışdır ki, cari ilin oktyabr ayında İspaniyanın paytaxtı Madrid şəhərində keçiriləcək BHA-nın İllik Konqresində Azərbaycan Hüquqşünasları Konfederasiyanın üzvlüyə qəbul məsələsi təqsdiq olunsun. 5-10 oktyabrda İspaniyanın paytaxtı Madrid şəhərində keçiriləcək BHA-nın İllik Konqresində Azərbayacan Hüquqşünasları Konfederasiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov iştirak edəcəkdir. Qeyd olunan tədbirdə Əli Hüseynovu AHK-nin Baş katibi Nadir Adilov və beynəlxalq əlaqələr üzrə katib Ramil İskəndərov müşaiyət edəcəklər. Beynəlxalq Hüquqşünaslar Assosiaiysının Konqresində Əli Hüseynov Azərbayacanda aparılan uğurlu məhkəmə-hüquq islahatları barədə xüsusi məruzə ilə çıxış edəcəkdir. Eyni zamnda Əli Hüseynovun Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının prezidenti Mark Ellislə ikitərəfli görüşü keçirəcəkdir.
AHK – nın Baş katibi Nadir Adilvun bildirdiyinə görə, Beynəlxalq Hüquqşünaslar Assosiasiyası hüquqşünasların professional birliklərini və hüquq cəmiyyətlərini özündə birləşdirən beynəlxalq qurumdur. İndiyədək təşkilata 195 qurum kollektiv şəkildə və 30000-ə yaxın fərdi qaydada üzvlər qəbul edilmişdir. Təşkilatın əsas vəzifəsi qlobal hüquq icmasına mütəxəssis köməkliyini göstərmək və beynəlxalq səviyyədə hüquqşünasların təcrübə mübadiləsinin təşkilidir.
|