AZ
  EN
 
 
 
NƏŞRLƏR
 
 
DONORLAR VƏ ƏMƏKDAŞLAR
 
 
STATISTIKA



İmkanlar

CON SMİT TƏQAÜD PROQRAMI 2010
Demokratiya və dürüst idarəçilik uğrunda

Con Smit Xatirə Fondu sizi 2010-cu il üçün Con Smit Təqaüd proqramında iştirak etməyə dəvət edir. Ərizə qəbulu  Con Smit Xatirə Fondu adından British Council tərəfindən həyata keçirilir.

Təqaüd Proqramına aşağıdakı ölkələr müraciət edə bilərlər: Azərbaycan, Ermənistan, Gürcüstan, Qırğızıstan, Moldova, Rusiya, Ukrayna

Təqaüdün məqsədi Böyük Britaniyada keçiriləcək beş həftəlik proqramda yaxşı idarəçilik anlayışını möhkəmləndirmək və demokratik cəmiyyətdə çalışan təşkilatların işini göstərməkdir. İdeal namizədlər 25 – 40 yaşlı, siyasi sahədə, yerlı idarəetmədə, media və ya vətəndaş cəmiyyətində çalışan, demokratik dəyərləri və yaxşı idarəetməni inkişaf etdirməkdə marağı olan şəxslərdir.

İngilis dilində yaxşı yazı və danışıq vacibdir. Namizədlərdən son seçim prosesində  IELTS imtahanı keçmələri tələb oluna bilər. Heç də bütün finalçılardan imtahanda iştirak etmək tələb olunmur. Belə ki, müsahibə komissiyası lazım bildiyi təqdirdə imtahan keçirmə hüququna malikdir. İmtahanın haqqı Con Smit Xatirə Fondu tərəfindən ödənilir.

PROQRAMIN MƏQSƏDİ

Con Smit Təqaüd Proqramının başlıca məqsədləri aşağıdakılardır:

Fikir mübadiləsi aparmaq, təlimlər keçirmək, demokratik təcrübə barədə məlumat vermək və dürüst idarəçiliyi təbliğ etmək məqsədilə vətəndaş cəmiyyəti və siyasət sahəsində gənc liderləri bir araya toplamaq
Yetkin demokratiyanın düzgün idarəçilik, qanunun aliliyi, insan haqları və sosial ədaləti dəstəkləyərək inkişaf etdirməsi, hakimiyyətdə demokratik istifadə və cavabdehliyi genişləndirməsi yolları barədə bilikləri dərinləşdirmək
İştirakçılar arasında həm ölkələri daxilində, həm də xaricində dialoq yaratmaq, gənc liderlərlə Birləşmiş Krallıqda bənzər sahələrdə fəaliyyət göstərən həmkarları arasında əlaqələr qurub dəstəkləmək.
Dürüst dövlət üçün çalışan gənclər arasında fəal şəbəkə yaratmaq  

PROQRAMIN ƏHATƏ SAHƏLƏRİ

Con Smit Təqaüd Proqramı aşağıdakı sahələri əhatə edir:

Demokratiyada mötəbər idarəetmə
Vətəndaşlıq, qanun və hüquqlar
Vətəndaş cəmiyyəti və ictimai fikir
Hökumətdə, idarəetmədə, biznes və ictimai həyatda məsuliyyət
Beynəlxalq institutlar və əlaqələr

PROQRAMIN TARİXLƏRİ VƏ STRUKTURU

Program 5 həftə, 2010-cu ilin İyun ayının 5-dən İyul ayının 9-a kimi davam edəcək və aşağıdakı qaydada təşkil etmişdir:

Edinburqda – Şotlandiyada ilkin həftə
Demokratik hökumətdə siyasi proseslər barəsində iki həftəlik intensiv seminarlar. Seminarlar Şotlandiyada və Londonda keçirilir
İştirakçıların Böyük Britaniyada əldə etdikləri təcrübəni öz ölkələrinə qayıtdıqdan sonra necə tətbiq edə biləcəklərini göstərən “fərdi fəaliyyət planlarının” hazırlanması. Zəhmət olmasa http://www.johnsmithmemorialtrust.org/web/site/home/ActionPlans.asp veb səhifəsinə daxil olmaqla 2008-ci və 2009-cu illərin iştirakçılarının  fəaliyyət planlarını nəzərdən keçirin.
Britaniyadan dəvət olunan qonaqlarla birgə hamının marağında olan məsələləri müzakirə etmək imkanı yaradan həftə sonu konfransı. Bu konfrans “Leadership Trust” tərəfindən maliyyələşdirilir, konfransın keçirildiyi məkan isə Ross-on-Wye, Herefordshire olacaq.
oQHT-lər, siyasət xadimləri, mərkəzi hökumət, yerli icra hakimiyyətləri yaxud mətbuat nümayəndələri də daxil olmaqla uyğun təşkilatlarla, və ya fərdi şəxslərlə hər bir iştirakçı üçün ayrıca uyğunlaşdırılmış təcrübə. Təcrübə üçün fərdi şəxslərin və təşkilatların tam siyahısını http://www.johnsmithmemorialtrust.org/web/site/Supporters/attachment_hosts.asp bilərsiniz.
Parlamentə və digər müəssisələrə səfərlər və toplanmış təcrübənin müzakirəsinə imkan verən Londonda keçiriləcək son həftə
oSonuncu həftədə iştirakçılar öz layihələrini Britaniya Ədliyyə Nazirliyinin, Con Smit Xatirə Fondunun və British Council-ın nümayəndələrinə təqdim edirlər.

Təqaüdçülərin qayıtdıqdan sonra fərdi fəaliyyət planının hazırlamaları gözlənilir.  12 ay sonra proqram iştirakçıları Londonda konfransda bir araya yığılaraq  fəaliyyətləri barədə məruzə edir və inkişaf müqayisə olunur – bunun təqaüdün bir hissəsi olduğunu nəzərə alaraq bütün təqaüdçülərin iştirakı vacib sayılır. Bütün bunlar 2011-ci ilin Təqaüd proqramı zamanı baş verəcək və 2010-cu ilin təqaüdçüləri 2011-ci ilin təqaüdçüləri ilə görüşəcək.

Şəbəkə

Təqaüdçünün evə döndükdən sonra yaratdığı əlaqələrin dəyəri, öyrəndiklərini həyata keçirməsi çox vacib məsələdir. Təqaüd bitdikdən sonra Con Smit təqaüdçüləri bütün dünyadan olan təqaüdçüləri bir araya toplayaraq birgə layihələrin və əməkdaşlıq forumunun həyata keçirilməsini təmin edən Məzunlar şəbəkəsinə qoşulurlar.

ƏRİZƏ VERƏ BİLƏRSİNİZMİ?

Seçim zamanı Con Smit Fondu öz ölkələrinin gələcək inkişafında iştirak etmək iqtidarında olan  və buna səy göstərən gənc liderlərə üstünlük verir. Seçim aparılarkən siyasi liderlər, hökumətdə və ya yerli idarəçilikdə çalışan rəsmilər, jurnalistlər/media mütəxəssisləri, vətəndaş cəmiyyəti yaxud QHT-lərdə çalışan gənc liderlərdən ibarət iştirakçıların seçilməsinə üstünlük verilir. Seçimin digər şərtləri aşağıdakılardır:

Bu proqram barədə təsəvvürün olması: Namizədlərin bu Proqramın nədən ibarət olması və iştirakçılardan nəyin gözlənilməsi barədə tam təsəvvürü olmalıdır. Biz,  John Smith təqaüdü proqramı barədə məlumat əldə etməyi və  John Smith Memorial Trust Facebook Group şəbəkəsinə daxil olmağı məsləhət görərdik
Yaş həddi: 25-40 yaş arası, bəzən müstəsna hal kimi bu yaş kateqoriyasından bir qədər kənara çıxılır
İngilis dili biliyi: IELTS səviyyəsində 6 və daha yüksək. Qeyd: Ərizə verərkən test nəticələrini təqdim etməyə ehtiyac yoxdur. IELTS testinindən keçmək bütün iştirakçılara şərh olunmur (Necə müraciət etməli? bölümünü oxuyun).  
Təcrübə: Namizədlərin uyğun iş təcrübələri olmalıdır və bu proqrama müraciət edərkən işləməlidirlər. Qeyd: İşdən verilmiş bütün rəy məktubları yoxlanacaqdır
İxtisası: Namizədlər siyasət, mərkəzi hökumət, yerli hökumət, iqtisadi inkişaf, mətbuat, hüquq (xüsusən, insan haqları sahəsi) yaxud QHT sektorunda işləməlidirlər.
Hazırda, yaxud gələcəkdə liderlik bacarığına malik olmaq: Namizədlər öz karyeralarında uğur qazana bilmək üçün və cəmiyyətdə təsir göstərə bilmək üçün potensiala malik olmalıdırlar.
Siyasi/sosial inkişafda fəallıq: Namizədlər siyasətdə yaxud vətəndaş cəmiyyətində fəal iştirak etmələrini sübut etməlidirlər və əldə etdikləri uğurları göstərməlidirlər.
Aydın fikir formalaşması və həvəs: Namizədlərin öz ölkələrində idarəetmə sahəsində nələrin inkişafına ehtiyac olması barədə aydın fikir formalaşması olmalıdır.
Birləşmiş Krallıqda qazanacağı təcrübəni idarəetmə və demokratik inkişafı daha da yaxşılaşdırmaq üçün istifadə etmək istəyi: Onların idarəetməni daha da yaxşılaşdırmaq üçün qazanacaqları təcrübədən öz işlərində necə istifadə edəcəkləri barədə aydın təklifləri olmalıdır.
Komandada işləmək bacarığı: Müsabiqədə uğur qazanan namizədlər digər iştirakçılarla birgə işləyərək onların təcrübəsindən öyrənmək arzusu olan şəxslər olmalıdırlar.
Yaxşı təqdimat bacarığı: Namizədlər inamla danışa bilməli və öz ideyalarını aydın təqdim etməyi bacarmalıdırlar.
Kompüter biliyi: Ümumi kompüter savadı və elektron poçtdan istifadə bacarığı tələb olunur.

PROQRAMA UYĞUNLUQ GÖSTƏRİCİLƏRİ

Aşağıda bu proqrama uyğun namizədlərin sosial siyasi aktivliyini göstərə biləcək bir sıra punktlar göstərilmişdir:

Açıq siyasi sistemlərin inkişafında:

İnformasiyadan istifadə imkanını aktiv irəli çəkmək (insan haqları, hüquqi şərtlər, xidmət işi və ya hüquqlar barədə informasiya)
Media təşkilatlarının və ayrı-ayrı jurnalistlərin siyasi və sosial mövzuları aydın və qərəzsiz əhatə etmə bacarıqlarını artırmaq
Ədalətli və şəffaf seçki prosesinin inkişaf etdirilməsini genişləndirmək (siyasi partiya nümayəndələri, xüsusi ilə qadınların maraqlarının ifadə edənlər daxil olmaqla)
Siyasi partiyaların öz nümayəndələri və elektoratları ilə əlaqələrini  genişləndirmələrini artırmaları
Parlament, assambleya şurası ilə hərtərəfli məsləhətləşmə aparmaq bacarığını möhkəmlətmək  
İşdə və ictimai həyatın bütün sferalarında işə qəbulda bərabər imkanları irəli sürmək

Ticarət və sərmayə üçün şəraitin formalaşması və makroiqtisadi stabilliyin yaradılmasında

Hüquq, iqtisadiyyat və ya maliyyə sektoru institutları arasında sərbəst bazar və azad ticarətin inkişaf etdirilməsi sahəsində məlumatlanmanı irəli çəkmək.
Yoxsul regionların iqtisadi inkişaflarının irəli sürülmə siyasətini formalaşdırmaq və ya buna köməklik göstərmək
Büdcə ilə bağlı hazırlamalara, statistik hesablamalara, vəsaitin bölüşdürülməsi ilə bağlı qaydalara öz töhfəsini vermək

Başlıca xidmətlərdən effektiv istifadə üçün hamıya bərabər imkanlar yaratmaqda

xidmət sahələrini yaxşılaşdırmaqda hökumət rəhbərlərinə, siyasi nümayəndələrə və ya istehlakçı qruplarına dəstək olmaq
tarif strukturlara daha  proqressiv və  şəffaf olmaq üçün təsir göstərmək
ictimai sektorda islahatlara təsir etməklə effektliliyi artırmaq, işçilərdən daha yaxşı istifadə etmək və onları daha yaxşı qiymətləndirmək və ya ictimai və özəl sektorlarda əməkdaşlığı genişləndirmək

Şəxsi təhlükəsizlik və ədalət mühakiməsinə girişə zəmanət verərkən

Beynəlxalq aləmdə tanınmış insan hüquq və normalarını əks etdirməklə qanunlara yenidən baxılması və ya mövcud qanunların təbliğ olunmasına təsir etmək
Polis orqanlarında və ya cəzaçəkmə müəssisələrində ictimai əsaslara, gender və gənclərə istiqamətlənən islahatları dəstəkləmək
Polis orqanlarında və hüquq sistemlərində olan korrupsiyaya qarşı təlimlər keçirilməsi və digər yollar
Hakimlər, magistrat üzvləri və hüquqşünasların təkmilləşdirilməsini və informasiya əldə etmə imkanlarını inkişaf etdirmək
Xüsusən də imkansız qrupların vəziyyətinə təsir göstərə biləcək məhkəmə işlərinin ədalətlə və qısa zamanda aparılması üçün rəsmi yaxud qeyri-rəsmi məhkəmə sistemlərinin bacarığını genişləndirmək
İctimai təhlükəsizlik və ətraf mühitlə əlaqəli islahatlara aktiv bağlı olmaq

Milli təhlükəsizlikdə və münaqişənin qarşısı alınmasında:

Siyasi və idarəetmə institutlarının etnik, dini yaxud digər azlıqlarla bağlı məsələlərə münasibətlərinə təsir etmək
Hərbi orqanların effektliliyini, məsuliyyətliliyini, mülki əhaliyə olan münasibətini yaxşılaşdırmaq
Regionlar arasında və ya münaqişəli ərazilərdə sərhədlərin bərpa olunması və regionlar arasında əlaqələrin yaradılmasında əməkdaşlıq

Məsul hökumət və antikorrupsiya tədbirlərdə:

Tədqiq etmək, vətəndaşlar ilə məsləhətləşmək və nəticələri hamıya elan etməklə korrupsiya halları ilə mübarizə yollarını müəyyən etmək
Siyasi, özəl və dövlət sektorunda institutlarda korrupsiya ilə mübarizə tədbirlərini təqdim etmək
Bütün dövlət orqanlarında şəffaflığı və məsuliyyəti irəli sürmək

NECƏ MÜRACİƏT ETMƏLİ?

Sənədlərin qəbulu üçün son tarix 9 Noyabr 2009-cu ildir.

ƏRIZƏLƏR

Ərizə formasını aşağıda verilən linklərdən onlayn əldə edə bilərsiniz.

Ərizə forması

Ərizənin doldurulma qaydaları

Rəy forması

RƏYLƏR

Ərizə formasına əlavə olaraq hər ərizəçi üçün 2 rəy - hazırkı iş yerinizdən və əlavə - tələb olunur. Əlavə rəy sizin əvvəlki iş yerinizdən, sizin bacarıq və təcrübəniz barədə məlumat verə biləcək iş yoldaşınız tərəfindən yazıla bilər. Zəhmət olmasa rəylərinizi göndərmək üçün 2010 JSFP Reference Form rəy formasından istifadə edin, çünki bu John Smith Memorial Trust tərəfindən qəbul olunan yeganə formadır.

İdealda rəylər ərizə forması ilə birgə göndərilməlidir. Lakin bu mümkün olmasa, iştirakçı seçildiyi halda ondan rəyləri təqdim etmək tələb olunacaq.

Universitet sənədləri

Ərizəçilər bütün universitet sənədlərinin (diplom və diploma əlavələr) orijinal və ya təsdiq olunmuş nüsxələrini təqdim etməlidirlər. Bütün sənədlər son qəbul tarixinə qədər təqdim olunmalıdır. Lakin bu mümkün olmasa, iştirakçı seçildiyi halda ondan sənədləri təqdim etmək tələb olunacaq.

IELTS

Müsahibədən keçmiş namizədlərin 2010-cu ilin yanvar ayının sonlarında IELTS ingilis dili imtahanı verməsi tələb oluna bilər. Adətən namizədlərin IELTS imtahanında minimum 6.0 bal toplaması lazımdır. IELTS imtahanı seçimin ən son mərhələsində tələb oluna bilər və yalnız a) müsahibəyə dəvət olunmuş namizədlər, yaxud da, b) müsahibə aparan heyət tərəfindən son siyahıya adı daxil olunan namizədlərə aiddir. Bütün namizədlərin bu testi verməsi tələb olunmasa da, müsahibə aparan heyət hər hansı namizədin test verməsini tələb edə bilər. İmtahanla bağlı xərclər Con Smit Xatirə Fondu tərəfindən ödənilir.

Nəzərə alın ki, IELTS testi John Smith Təqaüd Proqramı üçün seçim göstəricisi sayılmır.   

IELTS testi üçün seçilmək John Smith Təqaüd Proqramında yer qazanmağa dəlalət etmir.

Həmçinin də,  IELTS testindən azad olmada müsahibənin uğursuz olduğuna və yaxud da John Smith Təqaüd Proqramında yer qazanmağa dəlalət etmir.

Ərizə verməklə bağlı əlavə məlumatı British Council-ın Azərbaycandakı ofisindən əldə edə bilərsiniz

Landmark III

96 Nizami küçəsi

Tel +99412 4971593

Fax +99412 4989236

Email enquiries@britishcouncil.az

Seçimin son mərhələsi 2010-cu ilin fevral ayının ortalarında yekunlaşdırılacaqdır.

Con Smit Təqaüd Proqramı və Con Smit Xatirə Fondunun fəaliyyəti haqqında daha geniş məlumatı www.johnsmithmemorialtrust.org saytından əldə edə biləsiniz.

 

CALL FOR PARTICIPATION

 

What? a training course on democratic youth participation in Serbia
Where? Belgrade, Serbia
When? 19 - 25 October 2009
Who? only for residents of one of the parties to the European Cultural Convention other than Serbia (mainly from the neighbouring countries). Residents of Serbia should apply to the Ministry of Youth and Sport of the Republic of Serbia

Deadline to apply: 15 September 2009

For more information please visit:

http://www.coe.int/t/dg4/youth/Source/News&Calls/2009_Call_TC_Serbia_en.pdf

 

 

SUMMER SCHOOL ON INTERNATIONAL CRIMINAL LAW 2010

 

The Grotius Centre for International Legal Studies is proud to announce its eighth Summer School on International Criminal Law, to be held in The Hague for two weeks in the summer of 2010.

 In light of its location and the quality of its contributors and participants, this School offers a unique opportunity to gain expertise International Criminal Law.

 

- Interactive Lectures – every year, specialised and interactive lectures and seminars are given by leading professionals from the ICC and the ICTY as well as influential and well-known scholars (the past years, the School invited, among others, Professors Eric David, William Schabas et Cherif Bassiouni, as well as Judges Bruno Simma, Sang-Hyun Song and Navanethem Pillay).

 

- Direct access to international institutions – known as “the City of Peace and Justice”, The Hague is the host city of several international institutions with a key-role in the development of international (criminal) law (visits will be organized to the ICJ, the ICC and the ICTY).

 

- Diversity – the Summer School welcomes about sixty participants from all over the world. One of the main purposes of the School is to bring together members of English and French speaking communities to engage in interactive discussions on the prospects and challenges of international criminal justice.

 

Main themes

 1-International courts and tribunals

2-Substantive International Criminal Law

     * Crimes

     * Criminal responsibility 

3-Procedural International Criminal Law

     * Investigation and prosecution of crimes

     * Victims

     * ICC procedure

4- Exercise sessions on cross-examination techniques as well as a Moot Court.

 

Since 2008, the Summer School is bilingual. The lectures will be given in English or French. Simultaneous translation will be provided throughout the Summer School.

 

Social Programme

 Besides the visit of international institutions (ICC, ICTY and ICJ), the program includes a guided city walk, a visit to the Mauritshuis museum, two dinners and a reception.

 

Registration

 (Nearly) graduated law students and young professionals with an obvious interest in international criminal law can register by filling out the registration form (see below).  The registration form and the tuition fees will be listed in September 2009. 

   

Others

 The programme for 2009 can be found here:

http://www.grotiuscentre.org/cms/ACE/files/Draft%20Programme%20Bilingual%20Summer%20School%202009.pdf .  

  

 

 


XƏBƏRLƏR
Sosioloji sorgu
Eziz dostlar! Sorğuda iştirak edin! Cəmi 2-3 dəqiqə vaxtınızı sərf etməklə beynəlxalq münasibətlər sahəsində sualları cavablandıra bilərsiniz.
 
Mətbuat üçün məlumat
“Yoxsulluğun azaldılması üzrə Dövlət Proqramındakı əhalinin sosial müdafiəsi ilə bağlı tədbirlərin alternativ monitorinqi”adlı layihənin icrası çərçivəsində Gəncə şəhərində ekspertlərin iştirakı ilə dəyirmi masa keçirmişdir.
 
 
Ünvanlı dövlət sosial yardımı üzrə Azərbaycan Respublikası qanunvericiliyinin antikorrupsion ekspertizası
“Konstitusiya” Araşdırmalar Fondu tərəfindən ünvanlı dövlət sosial yardımı üzrə Azərbaycan Respublikası qanunvericiliyinin təhlili həyata keçirilmişdir.
 
Korrupsiyaya qarşı dövlət proqramının monitorinqinin nəticələrinə dair hesabat təqdim edildi
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası aparıcı təşkilat olmaqla Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Avrasiya Hüquqşünaslar Assosasiyası, Azərbaycan Gənc Hüquqşünaslar Birliyindən ibarət QHT Koalisiyası Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliynin vəsaiti ilə Counterpart International təşkilatı tərəfindən maliyyələşdirilən “Şəffaflığın artıtılması və Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planının Alternativ Monitrorinqi” Layihəsi çərçivəsində həyata keçirilən növbəti monitorinqin nəticələrinə dair hesabat yanvar ayının 27-də Azərbaycan Media Mərkəzində ictimaiyyət üçün açıqlandı. Hesabatla bağlı ümumi məlumatla burda tanış ola bilərsiniz: http://www.clrpl.az/view.php?lang=az&menu=24&id=106 Hesabatın tam versiyası ilə bu linke daxil olaraq tanış ola bilərsiniz: http://www.clrpl.az/upload/file/Monitoring_AZ.pdf
 
Dövlət Proqramının Monitorinqi Layihəsi başlandı
YOXSULLUĞUN AZALDILMASI ÜZRƏ DÖVLƏT PROQRAMINDAKI ƏHALININ SOSIAL MÜDAFIƏSI ILƏ BAĞLI TƏDBIRLƏRIN ALTERNATIV MONITORINQI BAŞLANDI
 
İNSAN HÜQUQLARININ BEYNƏLXALQ-HÜQUQI MÜDAFIƏSI” ADLI DƏRSLIK ÇAP OLUNMUŞDUR
Avrasiya Hüquqşünaslar Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 1500 tirajla “İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi” adlı dərslik nəşr etmişdir.
 
NATO-nun dəstəklədiyi "Diplomatiya və hüquq" jurnalı üçün məqalələr qəbul olunur. Son tarix: 7 Dekabr 2009.
NATO-nun dəstəklədiyi "Diplomatiya və hüquq" jurnalı üçün məqalələr qəbul olunur. Azərbaycan və NATO münasibətləri sahəsində məqalələrinizi ramil.iskandarov"gmail.com ünvanına 7 Dekabr 2009 tarixinidək göndərə bilərsiniz. Seçilmiş məqalələr jurnalın növbəti nömrəsində çap olunacaqdır.
 
Azərbaycan hüquqşünasları Madriddən qayıtdı
İspaniyanın paytaxtı Madrid şəhərində mərkəzi qərargahı Londonda yerləşən Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının (BHA) illik konqresi keçirilib. Konqres zamanı Azərbaycan Hüquqşünasları Konfederasiyasının BHA-ya üzv qəbul olunması məsələsi Madriddə keçirilən açıq səsverməyə qoyulub və yekdilliklə AHK-nın BHA-ya tam hüquqlu kollektiv üzv qəbul olunub.
 
AHK NÜMAYƏNDƏ HEYƏTİ MADRİDDƏ KEÇİRİLƏN BEYNƏLXALQ KONQRESDƏ İŞTİRAK EDƏCƏKLƏR
5-10 oktyabrda İspaniyanın paytaxtı Madrid şəhərində keçiriləcək BHA-nın İllik Konqresində Azərbayacan Hüquqşünasları Konfederasiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov iştirak edəcəkdir. Qeyd olunan tədbirdə Əli Hüseynovu AHK-nin Baş katibi Nadir Adilov və beynəlxalq əlaqələr üzrə katib Ramil İskəndərov müşaiyət edəcəklər.
 
XƏBƏRLƏRƏ ÜZVLÜK
 
AXTARIŞ
 
RƏY SORĞUSU
 
 
 
 
 
 
MƏTBUAT ÜÇÜN | QANUNVERİCİLİK | FORUM | İMKANLAR
 
 
 © 2006 Eurasian Lawyers Association