ATƏT-in Bakı ofisi, Avrasiya Hüquqşünaslar Assosiasiyası və ABŞ Beynəlxalq İnkişaf Agentliyi Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsü vasitəsi ilə
27-28 Noyabr 2006-cı il
Bakı, Azərbaycan
Ümumi məlumat
Qadınların hüquq peşə istiqamətində fəaliyyəti hal-hazırda o dərəcədə də qənaətbəxş deyil. Onlar məhkəmə və prokurorluq, həmçinin özəl sahədə də az bir sayda təmsil olunurlar. Hüquq sahəsində fəaliyyət göstərən peşəkar qadın hüquqşünasların sayı çox az sayda müəyyən etmək olar. Son zamanlar ali təhsil müəssisələrində hüquq təhsilinə yiyələnmək niyyətində olan qadınların sayı getdikcə azalmaqdadır. Buna səbəb onların təhsillərini bitirdikdən sonra yiyələndikləri peşə istiqamətində çalışacaqları imkanlarını az gördüklərindən irəli gəlir. Eyni zamanda qadınlar ölkədə yaşayarkən müxtəlif hüquqi və sosial problemlərlə üzləşirlər. Qeyd olunan problemlərin aradan qaldırılması üçün müasir dövlətlərdə qadınların və kişilərin hüquq bərabərliyinin təmin edilməsi üçün müxtəlif qanunlar və normativ hüquqi sənədlər qəbul edilir. Budan əlavə onlar individual yox, institusional qaydada öz hüquqlarının müdafiəsini təmin edirlər.
Konfransın məqsədi
Konfransın əsas məqsədi qadın hüquqşünasların peşə fəaliyyətini gücləndirməkdən ibarətdir. Bundan əlavə, digər ölkələrdən qadın hüquqşünasların adı gedən konfransda iştirakını təmin etməklə onların öz ölkələrində göstərdikləri fəaliyyətlə yerli qadın hüquqşünasları tanış etmək və onların ictimai fəallığını artırmaqdır.
İştirakçılar
Qadın Hüquqşünasların Beynəlxalq Konfransının iştirakçılarının ümumu sayı yüz nəfərdən çox olmuşdur. Ümumi sayın on beş nəfəri xarici ölkələrdən gələn qadın hüquqşünaslar, digər hissəsi isə Azərbaycanda dövlət, kommersiya, qeyri hökümət sektorunda və müstəqil fəaliyyət göstərən qadın hüquqşünaslar olmuşdur.
Struktur
Konfrans 27-28 noyabr 2006-cı il tarixlərində Park İnn otelində keçirilmişdir. Hər iki gün plenar sessiyalarla başlayaraq sonradan qruplarda işlə davam etdirilmişdir. İştirakçılar üç qrupa bölünərək beynəlxalq ekspertlərin iştirakı ilə müəyyən edilmiş mövzülar ətrafında fikir mübadiləsi apararmışlar.
Sessiyaların təsviri
Qeyd olunduğu kimi iştirakçılar üç müxtəlif mövzular üzrə qruplara bölünərək aşağıda qeyd olunan hər üç mövzu üzrə müzakirələrdə iştirak etnək imkanına malik olmuşlar.
- Gender Bərabərliyi Haqqinda Qanunun müzakirəsi;
- Ailə Zorakılığının qarşısı alınması haqqinda sənədlərin müzakirəsi;
- Qadın Hüquqşünasların peşə birliklərində fəaliyyətləri bərədə müzakirələr.
Konfransın sonunda qadın hüquqşünasların iştirakı ilə müəyyən tövsiyyələr hazırlanmaqla yanaşı, Azərbaycanda Qadın Hüquqşünaslar Assosiasiyasınnın yaradılması istiqamətində fəaliyyətlər planlaşdırılmışdır.