AZ
  EN
 
 
 
NƏŞRLƏR
 
 
DONORLAR VƏ ƏMƏKDAŞLAR
 
 
STATISTIKA



Tədbirlər

Alternatİv monİtorİnQ: KORRUPSİYAYA QARŞI MÜBARİZƏ  İLƏ BAĞlI DÖVLƏT FƏALİYYƏT  PLANININ  İCRASI

 

Korrupsiyaya qarşı dövlət proqramının monitorinqinin nəticələrinə dair hesabat təqdim edildi

 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası aparıcı təşkilat olmaqla Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Avrasiya Hüquqşünaslar Assosasiyası, Azərbaycan Gənc Hüquqşünaslar Birliyindən ibarət QHT Koalisiyası Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliynin vəsaiti ilə Counterpart International təşkilatı tərəfindən maliyyələşdirilən “Şəffaflığın artıtılması və Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planının Alternativ Monitrorinqi” Layihəsi çərçivəsində həyata keçirilən növbəti monitorinqin nəticələrinə dair hesabat yanvar ayının 27-də Azərbaycan Media Mərkəzində ictimaiyyət üçün açıqlandı.

 

Hesabatın tam versiyası ilə bu linkə daxil olaraq tanış ola bilərsiniz:

 

http://www.clrpl.az/upload/file/Monitoring_AZ.pdf

 

Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planının Alternativ Monitrorinqi layihəsi “Milli Strategiyanın icrasında vətəndas cəmiyyəti institularının rolunun artırılması”na (Faliyyət Planının 5-ci fəslinin 59-cu maddəsi) yardımçıdır. Bundan əlavə layihə alternativ monitorinq və vəziyyət barədə hesabatlar vasitəsi ilə strategiyanın icrasının monitorinq sisteminin yaradılmasına dəstək verəcəkdir (Fəaliyyət Planının 6-cı fəslinin 59-cu maddəsi). Koalisiya ictimai əlaqələrin gücləndirilməsini (Fəaliyyət Planının 2-ci fəslinin 16-cı maddəsi) dərhal müdaxilə edilməli məsələ kimi müəyyən etmişdir.

Bu hesabat sənədi layihənin 2-ci hissəsinin nəticələridir və aşağıdakı komponentləri özündə ehtiva edir:

Fəaliyyət Planının həyata keçirilməsində dövlət orqanlarının uğurlu fəaliyyəti

Milli Strategiyanın və Fəaliyyət Planının həyata keçirilməsi nəticəsində əldə olunmuş tərəqqi

Vətəndaş cəmiyyəti təşkilatlarının korrupsiyaya qarşı mübarizə siyasətində rolu

 

Koalisiya sorğu gönərilən on iki dövlət orqanından əldə edilən məlumatları təhlil etmişdir. Koalisiya, həmçinin həmin dövlət orqanlarının icra planlarının onların internet səhifələrində ictimaiyyət üçün açıq şəkildə yerləşdirilməsi vəziyyətinı araşdırmışdır.

Mərkəzi icra hakimiyyəti orqanlarına göndərilən informasiya sorğularında aşağıdakı məlumatların təqdim edilməsi xahiş olunmuşdur:

Fəaliyyət Planının 12-ci bəndinə əsasən 2008-ci ildə dövlət orqanının (Nazirliyin, Komitənin və s.) fəaliyyəti haqqında hesabat;

Fəaliyyət Planının 58-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi ilə bağlı görülən işlər haqqında məlumat.

Koalisiyanın təhlili əsasında aşağıdakı qənaətlər əldə  edilmişdir:

Mərkəzi icra hakimiyyəti orqanları hər il dekabr ayının 20-sinə qədər tədbirlər planının hazırlayıb Komissiyaya təqdim edilməsi sahəsində vəzifəyə bütövlükdə ciddi yanaşmırlar.

Mərkəzi icra hakimiyyəti orqanları Fəaliyyət Planının 12-ci bəndində nəzərdə tutulan hesabatın hazırlanmasına ciddi yanaşmırlar.

Tədbirlər Planı açıq informasiya olduğu halda və İnformasiya Əldə etmək haqqında Qanunun 29-cu maddəsinin tələbinə görə məcburi açıqlanmalı olan informasiyalar kateqoriyasına aid olmasına baxmayaraq, həmin sənəd Mərkəzi Komissiyanın internet səhifəsində yerləşdirilməmişdir.

 

Monitorinq Fəaliyyət Planının bütün bölmələrini ümümi şəkildə əhatə etmişdir. Monitorinqin icra prosesini tam əhatə etməsini təmin etmək üçün dörd əsas parametr müəyyən edilmişdir.:

Tədbirləri Fəaliyyət Planında nəzərdə tutulan müddətlər ərzində yerinə yetirilməsi;

Mümkün olduqda prosesi dəqiq dəyərləndirmək üçün tədbirlərin kəmiyyət və keyfiyyət göstəricilərinın qeyd edilməsi;

Tədbirin şəffaflığın artırılması və korrupsiyanını qarşısının alınmasına (vəziyyətin pozitiv dəyişməsinə) təsirinin dəyərləndirilməsi.

Nəzarət mexanizməlrinin Fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərə uyğun qurulması barədə hesabat.

Şəffaflığın artırılması və Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planını Alternativ Monitrorinqi layihəsi Amerika Birləşmiş Ştatlarının İnkişaf Agentliyinin Vətəndaş Cəmiyyəti Layihəsi tərəfindən dəstəklənmiş və vətəndaş cəmiyyəti koalisiyası tərəfindən həyata keçirilmişdir. Koalisiyanın məqsədi Fəaliyyət Planının həyata keçrilməsində vətəndaş cəmiyyəti təşkilatlarının aktiv iştirakını təmin etməklə Azərbaycanda korrupsiaya qarşı mübarizənin effektivliyinin artirilmasıdır.

***

Əlavə məlumat və ya Sahib Məmmədovla müsahibə üçün, zəhmət olmasa bura zəng edin +994 50 3144915 və ya məktub yazın: sahib.mammadov@gmail.com; clrpl@bakinter.net

 

Alternatİv monİtorİnQ ÜZRƏ TÖVSİYYƏLƏR: KORRUPSİYAYA QARŞI MÜBARİZƏ  İLƏ BAĞlI DÖVLƏT FƏALİYYƏT  PLANININ  İCRASI

 

Alternativ monitorinq layihəsi göstərir ki, Milli Strategiya və Fəaliyyət Planında nəzərdə tutulan icra və nəzarət mexanizməlrinin effektiv istifadəsində müəyyən problemlər qalmaqdadır. Müxtəlif dövlət orqanları tərəfindən tədbirlər plaının və məlumatların hazırlanmasında yanaşma müxtəilifliyi müşahidə edilir.   

Bu baxımdan koalisiya tərəfindən verilən tövsiyyələr şərti olaraq iki qrupa bölünür: (i) strategiyanın icrası üzrə dövlət orqanlarının məsuliyyətinin artırılması; və (ii) tədbirlər planının və məlumatların hazırlanması üçün standart metodologiyanın (tövsiyyələrin, qaydaların və s.) hazırlanması.

Strategiyanın icrası üzrə dövlət orqanlarının məsuliyyətinin artırılması:

  • Tabeçilik qaydalarına uyğun olaraq Komissiyanın inzibati tənbeh verə bilməsi üçün tədbir görmək;
  • Müvafiq qanunvericilik aktlarına məsuliyyət və cəza nəzərdə tutuan müddəaların daxil etmək;
  • Fəaliyyət planının icrasına dair müəyyən orqanlar və şəxslərin üzərinə məsuliyyət qoymaq və bu məlumatı Komissiyanın internet səhifəsində ictimaiyyət üçün açıq yerləşdirmək;
  • Hazırlanmış və Komissiyaya təqdim edilmiş illik hesabatların internetdə yerləşdirilməsini və bu müddəaların həyata keçməsi üçün Milli Strategiyaya və  Fəaliyyət Planının müvafiq bölməsinə əlavələr edilməsini təmin etmək;
  • Dövlət orqanlarının hər altı aydan bir Komissiyaya və Nazirlər Kabinetinə təqdim etməli olduqları məlumatları Komissiyanın və müvafiq icra hakimiyyəti orqanlarının internet səhifələrində yerləşdirmək.

Standart metodologiyanın hazırlanması:

·        Dövlət orqanlarının məsuliyyətinin artırılması və məlumatların əldə edilməsi və işlənməsinin asanlaşdırılması məqsədi ilə tədbirlər planının və məlumatların hazırlanması üçün vahid təlimatın tətbiqi;

·        Daha çox dövlət qulluqçularının cəlb edilməsi məqsədi ilə maarifləndirici tədbirlərin əhatə dairəsinin artırılması. İştirakçıların kəmiyyət göstəricilərinin və coğrafi əhatəliliyinin (regionlarda təlimlər)və müzakirə obyektlərinin monitorinqi.

·        Təbdirlər planlarının hazırlanmasına dair mövcud metodologiyanın təkmilləşdirilməsi üçün Komissiyanın işçi qrupunun və Məlumat və Əməkdaşlıq Şəbəkəsinin ekspertlərinin iştirakı ilə əlavə işçi qrup yaratmaq.

·        Dövlət qulluqçularının və hüquq mühafizə orqanlarının işçilərinin peşəkarlığının artırılması məqsədi ilə təlim paketlərinin hazırlanması və təlimçilər üçün təlimlərin keçirilməsi üçün müsahibə elan etmək. Xaricdə və Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarda təcrübə keçmək imkanlarını nəzərə almaq.

·        İctimaiyyətlə əlaqələr sahəsində səylərin səmərəliliyinin artırılması məqsədi ilə dövlət orqanlarında müvafiq məlumat və biliyin idarəedilməsi üzrə şöbələr yaratmaq. Yaxşı qeydiyyat, məlumatın işlənməsi və sorğuların cavablandırılmasını təmin etmək üçün təlimlər keçirmək.

·        Stratgiya və Fəaliyyət Planının icrasında VCT-nın iştirakını və rolunu yoxlamaq və buna dair hesabat vermək. Onların iştirakına təstək olmaq üçün məlumat əldə etmək haqqında qanuna əsasən məlumata tam çıxışı təmin etmək.

Şəffaflığın artırılması və Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planını Alternativ Monitrorinqi layihəsi Amerika Birləşmiş Ştatlarının İnkişaf Agentliyinin Vətəndaş Cəmiyyəti Layihəsi tərəfindən dəstəklənmiş və vətəndaş cəmiyyəti koalisiyası tərəfindən həyata keçirilmişdir. Koalisiyanın məqsədi Fəaliyyət Planının həyata keçrilməsində vətəndaş cəmiyyəti təşkilatlarının aktiv iştirakını təmin etməklə Azərbaycanda korrupsiaya qarşı mübarizənin effektivliyinin artirilmasıdır.

***

Əlavə məlumat və ya Sahib Məmmədovla müsahibə üçün, zəhmət olmasa bura zəng edin +994 50 3144915 və ya məktub yazın: sahib.mammadov@gmail.com; clrpl@bakinter.net

 


XƏBƏRLƏR
Sosioloji sorgu
Eziz dostlar! Sorğuda iştirak edin! Cəmi 2-3 dəqiqə vaxtınızı sərf etməklə beynəlxalq münasibətlər sahəsində sualları cavablandıra bilərsiniz.
 
Mətbuat üçün məlumat
“Yoxsulluğun azaldılması üzrə Dövlət Proqramındakı əhalinin sosial müdafiəsi ilə bağlı tədbirlərin alternativ monitorinqi”adlı layihənin icrası çərçivəsində Gəncə şəhərində ekspertlərin iştirakı ilə dəyirmi masa keçirmişdir.
 
 
Ünvanlı dövlət sosial yardımı üzrə Azərbaycan Respublikası qanunvericiliyinin antikorrupsion ekspertizası
“Konstitusiya” Araşdırmalar Fondu tərəfindən ünvanlı dövlət sosial yardımı üzrə Azərbaycan Respublikası qanunvericiliyinin təhlili həyata keçirilmişdir.
 
Korrupsiyaya qarşı dövlət proqramının monitorinqinin nəticələrinə dair hesabat təqdim edildi
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası aparıcı təşkilat olmaqla Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Avrasiya Hüquqşünaslar Assosasiyası, Azərbaycan Gənc Hüquqşünaslar Birliyindən ibarət QHT Koalisiyası Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliynin vəsaiti ilə Counterpart International təşkilatı tərəfindən maliyyələşdirilən “Şəffaflığın artıtılması və Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planının Alternativ Monitrorinqi” Layihəsi çərçivəsində həyata keçirilən növbəti monitorinqin nəticələrinə dair hesabat yanvar ayının 27-də Azərbaycan Media Mərkəzində ictimaiyyət üçün açıqlandı. Hesabatla bağlı ümumi məlumatla burda tanış ola bilərsiniz: http://www.clrpl.az/view.php?lang=az&menu=24&id=106 Hesabatın tam versiyası ilə bu linke daxil olaraq tanış ola bilərsiniz: http://www.clrpl.az/upload/file/Monitoring_AZ.pdf
 
Dövlət Proqramının Monitorinqi Layihəsi başlandı
YOXSULLUĞUN AZALDILMASI ÜZRƏ DÖVLƏT PROQRAMINDAKI ƏHALININ SOSIAL MÜDAFIƏSI ILƏ BAĞLI TƏDBIRLƏRIN ALTERNATIV MONITORINQI BAŞLANDI
 
İNSAN HÜQUQLARININ BEYNƏLXALQ-HÜQUQI MÜDAFIƏSI” ADLI DƏRSLIK ÇAP OLUNMUŞDUR
Avrasiya Hüquqşünaslar Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 1500 tirajla “İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi” adlı dərslik nəşr etmişdir.
 
NATO-nun dəstəklədiyi "Diplomatiya və hüquq" jurnalı üçün məqalələr qəbul olunur. Son tarix: 7 Dekabr 2009.
NATO-nun dəstəklədiyi "Diplomatiya və hüquq" jurnalı üçün məqalələr qəbul olunur. Azərbaycan və NATO münasibətləri sahəsində məqalələrinizi ramil.iskandarov"gmail.com ünvanına 7 Dekabr 2009 tarixinidək göndərə bilərsiniz. Seçilmiş məqalələr jurnalın növbəti nömrəsində çap olunacaqdır.
 
Azərbaycan hüquqşünasları Madriddən qayıtdı
İspaniyanın paytaxtı Madrid şəhərində mərkəzi qərargahı Londonda yerləşən Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının (BHA) illik konqresi keçirilib. Konqres zamanı Azərbaycan Hüquqşünasları Konfederasiyasının BHA-ya üzv qəbul olunması məsələsi Madriddə keçirilən açıq səsverməyə qoyulub və yekdilliklə AHK-nın BHA-ya tam hüquqlu kollektiv üzv qəbul olunub.
 
AHK NÜMAYƏNDƏ HEYƏTİ MADRİDDƏ KEÇİRİLƏN BEYNƏLXALQ KONQRESDƏ İŞTİRAK EDƏCƏKLƏR
5-10 oktyabrda İspaniyanın paytaxtı Madrid şəhərində keçiriləcək BHA-nın İllik Konqresində Azərbayacan Hüquqşünasları Konfederasiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov iştirak edəcəkdir. Qeyd olunan tədbirdə Əli Hüseynovu AHK-nin Baş katibi Nadir Adilov və beynəlxalq əlaqələr üzrə katib Ramil İskəndərov müşaiyət edəcəklər.
 
XƏBƏRLƏRƏ ÜZVLÜK
 
AXTARIŞ
 
RƏY SORĞUSU
 
 
 
 
 
 
MƏTBUAT ÜÇÜN | QANUNVERİCİLİK | FORUM | İMKANLAR
 
 
 © 2006 Eurasian Lawyers Association