Avrasiya Hüquqşünaslar Assosiasiyası 2005-ci ilin oktyabr ayında təsis olunmuş
və 27 yanvar 2006-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.
Assosiasiyanın fəaliyyətinin əsas məqsədi Avrasiya regionu üzrə hüquqşünasların inteqrasiyasına kömək etməklə müasir dövr üçün insan hüquqları, azadlıqları və hüquq problemlərinin öyrənilməsi və əhali arasında təbliğ edilməsidir.
Assosiasiya qeyd olunan məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
§ hüquqi dövlət quruculuğu sahəsində qabaqcıl təcrübənin Avrasiya regionunun digər ölkələrinin hüquqşünasları arasında yayılması;
§ hüquq elminin müvafiq sahələri üzrə elmi-tədqiqat işlərinin öyrənilməsi;
§ insan hüquq və azadlıqları ilə əlaqədar dövlət siyasətinin həyata keçirilməsində fəal iştirak etmək;
§ Avrasiya məkanında insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində elmi araşdırmalar aparmaq;
§ mövcud normativ hüquqi aktların demokratik prinsip və normalara uyğunluğuna dair Avrasiya regionu dövlətlərinin təcrübəsini, qanunvericilik aktlarını, beynəlxalq Konvensiyaları öyrənmək;
§ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair maarifçilik;
§ insan hüquqları sahəsində qəbul edilmiş digər beynəlxalq Konvensiyaların, beynəlxalq müqavilələrin tədrisi;
§ Avrasiya materiki hüquqşünasları arasında təcrübə mübadilələrinin təşkili;
§ innovativ ideyaların hüquq sisteminə tətbiqi;
§ hüquq peşəsinin inkişafı;
§ hüquqşünasların etik davranış qaydaları sahəsində beynəlxalq təcrübənin öyrənilməsi;
§ beynəlxalq səviyyəli tədbirlərdə assosiasiya üzvlərinin fəal iştirakını təmin etmək;
§ insan hüquqları barədə konfrans, simpozium və yığıncaqların keçirilməsi;
§ Milli qanunvericiliyin Konvensiyalara uyğunluğunun müqayisəli təhlili;
§ müxtəlif hüquq sahələri üzrə tədqiqatların aparılması;
§ dövlət orqanlarına qanunvericiliyin təkmilləşdirilməsi sahəsində təkliflərin verilməsi;
§ vətəndaş cəmiyyətinin inkişafı sahəsində hüquqşünasların rolunun artırılması, onların beynəlxalq əməkdaşlığının gücləndirilməsi;
§ sosial, iqtisadi, mədəni hüquqlar üzrə maarfiləndirici tədbirlərin həyata keçirilməsi;
§ xarici hüquq ədəbiyyatının tərcümə edilməsi, nəşr edilməsi və yayılması;
§ insan hüquqlarının ayrı-ayrı sahələrinə dair monitorinq və tədqiqatların həyata keçirilməsi.
Assosiasiya aşağıdakı sahələr üzrə öz fəaliyyət istiqamətini müəyyən etmişdir:
§ Demokratikləşmə
§ Qanunun aliliyi
§ İnsan hüquqları
§ Avro-Atlantik inteqrasiya
§ Hüquq islahatları
§ Kommersiya hüququ
§ Gender
§ Ekologiya
Assosiasiya aşağıdakı şəbəkə və koalisalarda təmsil olunur:
§ Mədən Sənayesində Şəffaflığın Artırılması Azərbaycan Qeyri Hökümət Təşkilatları Koalisiyası
§ Hüquq İslahatlarına Yardım Koalisiyası
§ Korrupsiya qarşı mübarizə aparan Qeyri Hökümət Təşkilatlarının məlumat və əməkdaşlıq şəbəkəsi
§ İnformasiya Cəmiyyətinin İnkişafı Alyansı
Təşkilatın rəhbəri hal-hazırda Ramil İskəndərlidir.